Modern.az

Gənclərə verilən Prezident Mükafatı bu MƏBLƏĞDƏDİR 

Gənclərə verilən Prezident Mükafatı bu MƏBLƏĞDƏDİR 

Ölkə

31 Yanvar 2026, 09:30

Prezident İlham Əliyev dünın 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib.

Bəs gənclərə verilən Prezident Mükafatı nə vaxt təsis olunub və nədən ibarətdir?

Modern.az-ın məlumatına görə, Gənclər üçün Prezident Mükafatı 2013-cü il iyulun 2-də təsis olunub.

Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən gənclər üçün ildə bir dəfə verilən Prezident Mükafatının sayı 10 ədəddir.

Elm və təhsil sahələri üzrə – 2 mükafat
Mədəniyyət sahəsi üzrə – 2 mükafat
İctimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – 2 mükafat
Gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – 2 mükafat
İnnovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – 2 mükafat

Hər bir Prezident Mükafatı 10000 (on min) manat məbləğindədir.

Gənclər üçün Prezident Mükafatının diplomu, nişanı və həmin nişanın vəsiqəsi də var.

Mükafat birgə fəaliyyətə görə iki və daha artıq şəxsdən ibarət qrupa da verilə bilər. Bu halda, pul mükafatı həmin şəxslər arasında bərabər bölünür, diplom, döş nişanı və həmin döş nişanının vəsiqəsi isə hər bir şəxsə ayrılıqda təqdim olunur.

Mükafat ildə bir dəfə, 2 fevral Gənclər günü ərəfəsində verilir.

Gənclər üçün Prezident Mükafatı laureatı vəfat etdikdə, habelə Mükafat şəxsə ölümündən sonra verildikdə, Mükafat onun ailəsinə təqdim olunur. Bu halda təqdim olunan pul mükafatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vərəsəlik üzrə keçir.

Nəzərdə tutulan sahələr üzrə Mükafata namizədləri aşağıdakı qurumlar irəli sürürlər:

elm və təhsil sahələri üzrə – Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyi;

mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələri üzrə –  Mədəniyyət Nazirliyi;

ictimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər Fondu;

gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və qeyri-hökumət təşkilatları;

innovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər Fondu.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır