Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun AXCP-yə keçdiyi ilə bağlı iddialar yayılıb.
Modern.az məsələni aydınlaşdırmaq üçün Müsavat Partiyası ilə əlaqə saxlayıb.
Müsavat Ali Məclisinin sədri Arif Hacılı saytımıza açıqlamasında bildirib ki, Tofiq Yaqublu Müsavat Partiyasının üzvü olaraq qalır.
“Tofiq Yaqublu Müsavat Partiyasının üzvüdür. O, partiya üzvlüyündən çıxmayıb”,- A.Hacılı deyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edilib.