"Google" şirkətinin "Gemini" süni intellekt modelinin rəsmi olaraq Azərbaycan dilində istifadəyə verilməsi ABŞ və Azərbaycan arasında texnologiya və innovasiya sahəsində artan tərəfdaşlığı əks etdirir.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilir.
"Sevindirici Xəbər – "Google Gemini" artıq Azərbaycan dilində əlçatandır. 2024-cü ildən "Google Gemini" dünyanın aparıcı süni intellekt əsaslı çatbotlarından biri olub. Onun Azərbaycan dilində qlobal istifadəyə verilməsi ABŞ–Azərbaycan arasında texnologiya və innovasiya sahəsində artan tərəfdaşlığı əks etdirir və 2025-ci ilin avqust ayında süni intellekt üzrə əməkdaşlığı vurğulayan ikitərəfli sazişə əsaslanır. Gemini 3-ün qlobal təqdimatı çərçivəsində Azərbaycan dili əlavə olunan 23 yeni dildən biridir ki, bu da Azərbaycanın qlobal rəqəmsal ekosistemdə rolunu önə çıxarır. Tam internet və mobil dəstəklə Gemini öyrənmə, yaradıcılıq və məhsuldarlıq üçün yeni imkanlar yaradır. Və artıq Azərbaycan dilində əlçatandır. İnnovasiyanın gələcəyi buradadır və o, Azərbaycan dilində danışır", - deyə açıqlamada qeyd olunub.