Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Görüşdə ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannaməyə uyğun olaraq əməkdaşlığın inkişafına sadiq olduqlarını bir daha vurğulayıblar.
Həmçinin qarşıdakı siyasi təmasların qrafiki nəzərdən keçirilib, regional və beynəlxalq məsələlər müzakirə olunub.