Modern.az

Pirşağı və Ləhic bağları işıqsız qalacaq

Pirşağı və Ləhic bağları işıqsız qalacaq

Ölkə

13 Fevral 2026, 08:31

Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 10 kV-luq 580 N-1 və N-2 elektrik xətlərində əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağları yaşayış massivi və Ləhic bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyev Rusiyada kimlərə zəng edib? - ŞOK DETALLAR