Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayı gələn ay keçiriləcək.
Bu barədə Modern.az-a Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasından məlumat verilib.
Bildirilib ki, qurultay hakim partiyanın Nizamnaməsinə uyğun keçiriləcək. Bu, Yeni Azərbaycan Partiyasının sayca VIII qurultayı olacaq.
Belə ki, YAP-ın sonuncu qurultayı 2021-ci ilin martın 5-də keçirilib. Nizamnaməyə əsasən, partiyanın qurultayı 5 ildə bir keçirilir.