Modern.az

Azərbaycan necə rəqəmsal gücə çevrilir?

Azərbaycan necə rəqəmsal gücə çevrilir?

Ölkə

13 Fevral 2026, 16:02

Yeni texnologiyaların, süni intellektin tətbiqi, rəqəmsallaşmanının sürətləndirilməsi dövrün tələbidir və bu tələblərə əməl etmədən qlobal inkişafa nail olmaq mümkün deyildir. Müasir tələblər – informasiya – kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi, innovativ həllərin təşviqi və rəqəmsal infrastrukturun formalaşdırılması, xidmətlərin elektronlaşdırılması, qabaqcıl  təcrübənin öyrənilməsi və tətbiqi dövlət və cəmiyyət qarşısında mühüm vəzifələr qoyur.

Bu vəzifələrin həyata keçirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər artıq öz nəticələrini verməkdədir və Azərbaycan rəqəmsal gələcəyə mükəmməl proqramla gedir. Prezident cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə rəqəmsallaşma sahəsində vacib olan məsələlərə aydınlıq gətirilmiş, mükəmməl yol xəritəsi təqdim edilmişdir.

Ölkə rəhbəri öz çıxışında bildirmişdir ki, “Bu gün süni  intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkənin gələcək inkişafını müəyyən edir”.

Ölkə iqtisadiyyatının inkişafı, neft-qaz, nəqliyyat, energetika sahələrində həyata keçirilən mühüm layihələr, ölkəyə investisiya qoyulmasının artması, böyük dövlətlərlə imzalanan müqavilələr rəqəmsallaşmanın sürətləndirilməsini zəruriyətə çevirmişdir. “Rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik sahəsində hər bir nazirliyin, dövlət qurumunun, özəl sektorun, ali təhsil müəssisənin, hər bir kəsin aydın təsəvvürü olmalıdır” fikrini əsaslandıran dövlətimizin rəhbəri, görüləcək işlərlə bağlı konkret fəaliyyət planının tezliklə başa çatdırılacağına əmin olduğunu bildirmişdir.

Azərbaycan Prezidenti tərəfindən qarşıya qoyulan vəzifənin tezliklə yerinə yetirilməsi şərtsizdir. Çünkin bu vəzifələr reallıqlara, dövlətin gücünə və yüksək təşkilatlığa əsaslanır. Rəqəmsal vahid fəaliyyət planı da sözsüz uğurla həyata keçiriləcəkdir. 

Tahir Rzayev
Milli Məclisin deputatı

Whatsapp
Bizə yazın!
Keçid et
Rus agentləri vurulur - Siyahıda kimlər var?