Modern.az

DYP vətəndaşlara müraciət etdi: etibar etməyin

DYP vətəndaşlara müraciət etdi: etibar etməyin

Ölkə

Bu gün, 12:08

Baş Dövlət Yol Polisi İdarəsinin vətəndaşlara xəbərdarlıq edib.

Modern.az-ın məlumatına görə, xəbərdarlıqda deyilir:

"Son zamanlar sosial şəbəkələrdə vətəndaşlara nəqliyyat vasitələri üzrə inzibati cərimə borcu olduğu barədə SMS bildirişlər göndərilməklə saxta internet səhifələrinə yönləndirən reklam və məlumatlar yayılmaqdadır. Həmin səhifələrdən biri də asanpayex.cc/az ünvanıdır.

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara bildirir ki, qeyd olunan internet səhifəsinin dövlət qurumları və rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur.

Vətəndaşlardan xahiş olunur ki, bu kimi saxta səhifələrə etibar etməsin, şəxsi məlumatlarını və bank kartı məlumatlarını belə platformalarda paylaşmasınlar.

Bir daha xatırladırıq ki, inzibati cərimələrlə bağlı məlumatların yoxlanılması və ödənişlərin həyata keçirilməsi yalnız rəsmi dövlət platformaları vasitəsilə aparılmalıdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneinin oğlu da ÖLDÜRÜLƏCƏK! - Yeni əməliyyat başladı