Martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Liderlər 5 mart tarixində Naxçıvana edilən dron hücumu ilə bağlı müzakirə aparıblar.
Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək, hadisənin araşdırılacağını vurğulayıb.
Dövlətimizin başçısı da Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, martın 5-də İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 4 ədəd pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum həyata keçirilib. Hadisə nəticəsində 4 mülki şəxs yaralanıb.