Sosial şəbəkədə sabiq deputatı təhqir edən müəllim cəzalandırılıb.
Modern.az məlumat verir ki, Saatlı Rayon Məhkəməsində sabiq deputat, "Protest.az" saytının rəhbəri Etibar Hüseynovun xüsusi ittiham qaydasında şikayətinə baxılıb. O, Saatlı rayon sakini, orta məktəb müəllimi, 1957-ci il təvəllüdlü Etibar İmanlı tərəfindən sosial şəbəkədə təhqir olunduğunu, şərəf və ləyaqətinin alçaldıldığını bildirib.
Məhkəmə istintaqı zamanı fakt təsdiqini tapıb və xüsusi ittiham qaydasında şikayət olunan şəxs barəsində hökm çıxarılıb.
Məhkəmənin hökmü ilə E.İmanlıya 1000 manat cərimə cəzası təyin edilib.
Xatırladaq ki, Milli Məclisin sabiq deputatı, "Protest.az" saytı və "Protest TV" internet kanalının rəhbəri Etibar Hüseynov sosial şəbəkə profilində şərh yazıb. Saatlı rayon sakini, 1957-ci il təvəllüdlü Etibar İmanlı isə həmin statusa yazdığı şərhdə jurnalisti təhqir edib. E.Hüseynov həmin şərh əsasında Saatlı Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verib.(Oxu.az)