Modern.az

Bayram namazı bu saatda qılınacaq

Bayram namazı bu saatda qılınacaq

Ölkə

Bu gün, 12:44

Ramazan bayramı böyük ehtimalla 20 marta təsadüf edəcək.

Modern.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli bildirib.

S.Məmmədli həmçinin fitrə zəkatının tövsiyə edilən məbləğini də açıqlayıb.

“Fitrə zəkatı adambaşına 10-15 manat tövsiyə olunur. Ümumiyyətlə, fitrə zəkatı 3 kq buğda, 3 kq kişmiş, 3 kq xurma və un məmulatları şəklində də verilə bilər. Amma ümumi halda fitrə zəkatının məbləği minimum 10-15 manat nəzərdə tutulur”.

QMİ nümayəndəsi Bakı məscidlərində bayram namazlarının 08:00-09:00 arasında qılınacağını da diqqətə çatdırıb. ("Qafqazinfo")

Sizə yeni x var
Keçid et
Partlayış səsləri... - Müdafiə Nazirliyindən TƏCİLİ XƏBƏRDARLIQ