Modern.az

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində yeni kadr təyinatı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində yeni kadr təyinatı

Ölkə

Bu gün, 13:25

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müşaviri vəzifəsinə yeni təyinat olub. Bu vəzifəyə iqtisad elmləri doktoru Bağış Əhmədov təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə İİTKM-dən bildirilib.

Bağış Əhmədov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisad elmləri üzrə ekspert şurasının üzvüdür.

O, əmək fəaliyyətinə 1998–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Sənayenin iqtisadiyyatı” kafedrasında baş laborant kimi başlayıb. 2014–2019-cu illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2020–2025-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini vəzifəsində işləyib.

Bağış Əhmədov elmi və pedaqoji fəaliyyətinə 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Müəssisənin iqtisadiyyatı kafedrasında başlayıb və 2014-cü ilədək burada müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 2004–2009-cu illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin nəzdində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda aparıcı elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində işləyib. 2010–2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib. 2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi və texnoloji elmlər kafedrasında dosent vəzifəsində çalışır. O, 40-a yaxın elmi məqalə və tezisin müəllifidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Partlayış səsləri... - Müdafiə Nazirliyindən TƏCİLİ XƏBƏRDARLIQ