Saatlı rayon sakini həmkəndlisi tərəfindən qətlə yetirilib.
Modern.az xəbər verir ki, hadisə rayonun Fətəlikənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Abdullayev Rövşən Sədyar oğlu mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlanıb.
Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən Söhbətov Rizvan Məmmədağa oğlu polis əməkdaşları tərəfindən saxlanılıb
Faktla bağlı araşdırma aparılır.
(Report)