Modern.az

Həcc ziyarətinə sənəd qəbulu yenidən uzadıldı

Həcc ziyarətinə sənəd qəbulu yenidən uzadıldı

Ölkə

Bu gün, 14:20

Həcc ziyarətinə sənəd qəbulu aprelin ilk həftəsonunadək uzadılıb.

Modern.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, qeydiyyatdan keçənlər arasında azyaşlılar da var. Onun sözlərinə görə, kvotanın 92 faizi artıq dolub və cəmi 8 faiz yer qalıb. Vüsal Cahangiri vətəndaşlara müraciət edərək, Həcc ziyarətinə getmək istəyənlərin yubanmadan qeydiyyatdan keçməsini tövsiyə edib.

Qeyd edək ki, əvvəlcə Həcc ziyarəti üçün son qeydiyyat tarixi Ramazan ayının sonunadək müəyyən edilmişdi.

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları təşkil edir.

Həcc ziyarəti üçün tələb olunan sənədlər aşağıdakılardır. Ümumvətəndaş pasportu (ən azı 1 il müddətə etibarlı olmalıdır). Şəxsiyyət vəsiqəsinin surəti. 5x5 sm ölçüdə ağ fonda çəkilmiş 2 ədəd rəngli fotoşəkil (qadınlar tünd hicabda). Sağlamlıq haqqında arayış.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV