Modern.az

Gəncədə dəhşətli yanğın, ölən var

Gəncədə dəhşətli yanğın, ölən var

Ölkə

26 Mart 2026, 11:15

Gəncədə yanğın hadisəsi baş verib.

Modern.az xəbər verir ki, ölkənin üçüncü böyük şəhəri Gəncədə fərdi yaşayış evlərinin birində anidən yanğın olub. 

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. 

Yanğın zamanı ev sahibi 66 yaşlı Z.Məmmədov tüstüdən zəhərlənərək ölüb.

 Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?