Modern.az

Prezident həmkarını təbrik etdi

Prezident həmkarını təbrik etdi

Ölkə

26 Mart 2026, 11:09

Prezident İlham Əliyev Banqladeş Prezidenti Məhəmməd Şahabuddinə həmin ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan ilə Banqladeş arasındakı dostluq münasibətlərinin xoş ənənələri mövcuddur. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli əlaqələrimizin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və rifah arzulayıram"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?