Modern.az

Külli miqdarda pulun xərcləndiyi yollar niyə sıradan çıxır?-VİDEO

Külli miqdarda pulun xərcləndiyi yollar niyə sıradan çıxır?-VİDEO

Ölkə

Bu gün, 00:38

Paytaxt ərazisinə bir neçə gün əvvəl yağan aramsız yağışlar yolları sıradan çıxarıb. Bu səbəbdən bir çox küçə və prospektlərlə yanaşı, magistral yollarda da ciddi fəsadlar yaranıb.

Modern.az xəbər verir ki, yeni tikilən yollarda da eyni problemlər yaşanır. Məsələn, bir neçə ay əvvəl Baku TV-nin işıqlandırdığı Masazırdakı yeni çəkilən yolun sıradan çıxması buna misal göstərilə bilər. Eyni zamanda Lökbatan-Umbakı yolu üzərində tikilən körpü də qısa müddət sonra sıradan çıxıb.

Bəs yolların bu qədər davamsız olmasına səbəb nədir?

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Baku TV-yə bildirib ki, yeni tikilən və layihələndirilən dəmir yolu və avtomobil yollarında iqlim dəyişikliyi nəzərə alınmalıdır:

"Həm layihələndirilmə, həm də tikinti mərhələsində iqlim dəyişikliyi bir tələb kimi olmalıdır. Çünki əvvəlki infrastrukturda köhnə sovet standartlarına istinad olunub. Lakin Azərbaycan ərazisi çox fərqlidir. Bir tərəfdən sərt kontinental iqlim, digər tərəfdən subtropik iqlim şəraiti mövcuddur. Tropik sahələr də var və iqlim dəyişikliyinin yan təsirləri də müşahidə olunur. Buna görə daha dayanıqlı infrastruktur qurulması üçün bu amillərə diqqət yetirilməlidir".

(Baku TV)

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan Putinə susdurucu Qarabağ cavabı - Bu torpaq Azərbaycanındır