Modern.az

"Ən yaxşı məktəb" və "Ən yaxşı müəllim" müsabiqələrinə sənəd qəbulu başlayır

"Ən yaxşı məktəb" və "Ən yaxşı müəllim" müsabiqələrinə sənəd qəbulu başlayır

17 Sentyabr 2010, 11:30

Təhsil naziri Misir Mərdanov 2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında əmr verib.  Bu barədə Modern.az-a Təhsil Nazirliyindən  məlumat verilib.

Nazirlikdən bildirilib ki, nazirin sözügedən əmrinə əsasən, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində iştirak üçün sənədlərin qəbulu 2010-cu  il  sentyabrın  20-dən  başlanacaq və  oktyabrın  20-də  başa  çatacaq.

Müsabiqələr barədə məktəblərdə elanların verilməsi üçün Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə göstərişlər verilib.

Modern.az  

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat