Modern.az

Spiker deputatlara irad tutdu: “Belə olmaz axı...”

Spiker deputatlara irad tutdu: “Belə olmaz axı...”

12 İyun 2018, 17:02

Milli Məclisin sədri Oqtay Əsədov deputatların “Təhsil haqqında” qanunun yenidən hazırlanması ilə bağlı təkliflərinə etirazını bildirib.

Modern.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında O.Əsədov xatırladıb ki, uzun müddət “Təhsil haqqında” qanun qəbul olunmayıb.

 

“Nəhayət qanun qəbul edildi. İndi də deyirlər, qanun yenidən işlənməlidir. Belə olmaz axı... Qanun olmazsa, nəyə dəyişiklik edəcəksiniz? Hər şeyi yenidən işləmək olmur axı.

 

Onda gəlin Cinayət Məcəlləsini və digər məcəllələri də yenidən hazırlayaq”-deyə, parlamentin sədri vurğulayıb.

 

Qeyd edək ki, bəzi deputatlar hazırki “Təhsil haqqında” qanunda çatışmazlıqlar olduğunu bildiriblər, onlar qanunun yenidən hazırlanmasını təklif ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir