Modern.az

Əli Hüseynli: “Hərbi qulluqçular daim dövlətin diqqət mərkəzindədir”  

Əli Hüseynli: “Hərbi qulluqçular daim dövlətin diqqət mərkəzindədir”  

25 Fevral 2021, 17:32

“Hərbi qulluqçuların statusu haqqında” Qanunun müzakirəsi zamanı guya Milli Məclisin sədri Sahibə xanım Qafarovanın “hərbçilərə ikiqat maaş lazım deyil” fikrini səsləndirməsi uydurulmuş yalan məlumatdır”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Əli Hüseynli bildirib.

 

Deputat qeyd edib ki, ümumiyyətlə Milli Məclisin sədri tərəfindən hərbçilərin maaşı ilə bağlı hər hansı fikir söylənilməyib:

 

“Sosial şəbəkə istifadəçiləri tərəfindən əsası olmayan bu cür məlumatların yayılması əsassızdır. Həmçinin o da məlumdur ki, Qarabağ hazırda döyüş bölgəsi yox, quruculuq və qayıdış bölgəsidir və orada xidmətdə olan hərbi qulluqçuların bütün məsələləri də daima dövlətin diqqət mərkəzindədir”

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu