Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və deputat Kamal Cəfərov oktyabrın 12-dən 18-dək Türkiyədə səfərdə olacaqlar.
Modern.az-ın məlumatına görə, millət vəkilləri səfər çərçivəsində Ankara və İstanbul şəhərlərində Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyində və “Sıfır Tullantı” Fondunda ikitərəfli görüşlər keçirəcəklər, həmçinin “Sıfır Tullantı” Forumunun işinə qatılacaqlar.