Prezident İlham Əliyevin son günlərdə müxtəlif coğrafiyaları əhatə edən beynəlxalq və regional tədbirlərdə iştirakı diversifikasiya olunmuş xarici siyasətin təzahürüdür. Prezidentin şəxsi nüfuzunun, ona olan böyük ehtiramın və inamın, onun beynəlxalq dialoqlarda fəal və peşəkarlıqla iştirakının nəticəsidir ki, bugün Amerika Birləşmiş Ştatlarının Prezidentinin xüsusi dəvəti ilə o, Yaxın Şərq üçün çox vacib Sammitdə iştirak edəcək.
Prezident İlham Əliyev dünya liderleri arasında, dünyanın ən uzunmüddətli münaqişələrindən birinin həlli yolunda ən önəmli mərhələ olacaq bir razılaşmanın imzalanacağı Sammitə dəvət alıb. ABŞ Prezidenti Donald Tramp prezidentimizə xüsusi rəğbət bəsləyir və son dərəcə əhəmiyyətli tədbirə dəvət edir.
Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi dünyada tanınıb. Regionda yeni mərhələ, yeni reallıq yaradıb. İndi isə qlobal təhlükəsizlik və sabitliyə töhfə verir. Azərbaycan artıq regional oyunçudan qlobal məsələlərlə məşğul olan etibarlı tərəfə çevrilir.
Qlobal münaqişələrin həllində Prezident İlham Əliyevin məsləhətləri və tövsiyələri nəzərə alınır. Onun təcrübəsindən faydalanırlar.
Misirin Şarm-əl-Şeyx şəhərində keçiriləcək “Yaxın Şərq Sülh Sammiti” çoxdandır sülhü gözləyən müharibədə razılaşma ehtimalı böyük olan, məhdud sayda dövlət, hökumət başçılarının iştirakı ilə baş tutacaq. Sammitin məqsədi Qəzza zolağında müharibəyə son qoymaq, Yaxın Şərqdə sülh və sabitliyə nail olmaq üçün səyləri artırmaq və regional təhlükəsizlik və sabitliyin yeni dövrünü açmaq olacaq.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı