Modern.az

Sahibə Qafarova Pakistana GETDİ

Sahibə Qafarova Pakistana GETDİ

Parlament

13 Oktyabr 2025, 09:08

Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasına işgüzar səfərə gəlib.

Modern.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşündə iştirak etmək üçün Pakistan İslam Respublikasına işgüzar səfərə gəlib.

İslamabad beynəlxalq hava limanında Milli Məclisin sədrini Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin bu sözlərlə Bakını təhdid etdi - Nələrə hazır olmalıyıq?