Modern.az

Fəzail Ağamalı qızına Ramiz Mehdiyevlə bağlı hansı məsləhətləri verib? - Açıqlama

Fəzail Ağamalı qızına Ramiz Mehdiyevlə bağlı hansı məsləhətləri verib? - Açıqlama

Parlament

18 Oktyabr 2025, 10:20

Prezident Administrasiyasının keçmiş rəhbəri, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyev haqqında ən tənqidi fikirlər söyləyən şəxslərdən biri də Fəzail Ağamalı olub. Uzun müddət deputat olan F. Ağamalı hazırda Ana Vətən Partiyasının sədri kimi siyasi fəaliyyətini davam etdirir. Onun müavini və partiyanı parlamentdə təmsil edən isə qızı Günay Ağamalıyevadır. 

Günay Ağamalı Modern.az-a açıqamasında bildirib ki, Ramiz Mehdiyevlə bağlı fikirləri, həmçinin Fəzail Ağamalınln Ramiz Mehdiyev və bu kimi digər şəxslərlə bağlı ona müəyyən məsləhətlər verdiyini bildirib.

"Fəzail Ağamalı uzun illərdir ki, Ulu Öndərimiz Heydər Əliyevin dövlətçilik konsepsiyasına, xalqımıza və Möhtərəm Cənab Prezident İlham Əliyevin siyasi kursuna sadiq olan şəxsiyyət kimi hər zaman prinsipial mövqeyi ilə seçilib. O, Ramiz Mehdiyevin dövlət idarəçiliyinə və cəmiyyətə mənfi təsir göstərən gizli anti-milli fəaliyyətini açıq şəkildə tənqid edən azsaylı siyasətçilərdən biridir. Həmin zaman kəsiyində Mehdiyevin təsir dairəsi geniş idi və onun Kremlə bağlılığı haqqında fikir söyləmək olduqca çətin idi, təhlükəli idi və bəlkədə mümkünsüz idi. Lakin Fəzail Ağamalı haqqı deməkdən çəkinmədi, Ramiz Mehdiyevin dövlətçiliyimiz üçün son dərəcə təhlükəli xarakter daşıyan addımlarını önə çəkərək onun mövqeyini mediada ifşa etdi".

Günay Ağamalı həmçinin bildirib ki, Fəzail Ağamalı işlə bağlı məsələləri evdə müzakirə etməyi xoşlamasa da ona müəyyən məsləhətlər də verib.

"Bu və buna bənzər mövzularda atamla fikir mübadiləmiz olurdu. O, hər zaman: “Həqiqəti deməkdən çəkinmək siyasətçi üçün ən böyük qəbahətdir. Əgər ortada dövlət və dövlətçiliklə bağlı təhlükə varsa susmaq yolverilməzdir. Ulu Öndərimizin dövlətçilik konsepsiyasına qarşı xələl gətirənlərlə mübariz olun. Xalqımızın milli maraqlarını hər şeydən üstün tutun" deyərdi".

Atama müxtəlif təzyiqlərin şahidi olmuşuq:

"Xatırlayıram, Ramiz Mehdiyev böyük səlahiyyət sahibi olduğu illərdə Ana Vətən Partiyasına və atama ən müxtəlif təzyiqlər edilir, haqqında böhtan dolu yazılar dərc olunurdu. Lakin bütün bunların heç biri onu mövqeyindən çəkindirmirdi. Fəzail Ağamalının Ulu Öndərimiz Heydər Əliyevin siyasi irsinə sadiqliyi və  prinsipiallığı ailəmizin qürur mənbəyinə çevrilib" 

Günay Ağamalı həmçinin onun adından yazılan saxta xəbərlərə də münasibət bildirib:

"Tərbiyəsiz insanlar hər kəsi özləri kimi bilirlər" - deyə o sonda vurğulayıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ