Modern.az

Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib

Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib

Parlament

22 Oktyabr 2025, 13:34

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bir sıra qanunlara dəyişiklik layihələri müzakirə olunub.

Modern.az xəbər verir ki, bu günMilli Məclisinin Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib. İclasın gündəliyinə bir sıra qanun və məcəllələrə dəyişikliklər edilməsi ilə bağlı layihələrin müzakirəsi daxil edilib.

İclasda  “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”  qanun layihələrinə təklif edilən dəyişikliklər müzakirə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!