“Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Yasamal rayon təşkilatında “Müasir Azərbaycan gəncliyi: Məsuliyyət və missiya” mövzusunda tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatları Şahin İsmayılov, Mahir Süleymanlı, Göydəniz Qəhərəmanov, Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov, 44 günlük Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin həyat yoldaşı Günel Mirzəyeva və fəal gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər qeyd ediblər ki, müasir Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasətinin davamçılarıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha müasir və sistemli şəkildə həyata keçirilir.
Mahir Süleymanlı, Şahin İsmayılov, Göydəniz Qəhərəmanov, Zahid Cəfərov və digər natiqlər vurğulayıblar ki, Azərbaycan gəncliyi milli dövlətçilik ideyalarının daşıyıcısı, Zəfər ruhunun qoruyucusudur. Gənclər Vətən sevgisini və məsuliyyət hissini özündə birləşdirərək Azərbaycanın inkişafına töhfə verirlər.
Sonda Prezident təqaüdçülərinə hədiyyələr, könüllülük proqramını uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunub və xatirə fotosu çəkdirilib