Modern.az

Bakı, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinin yeni hakimləri

Bakı, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinin yeni hakimləri

Parlament

24 Oktyabr 2025, 11:56

Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Adilxan oğlu Xəlilov Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Modern.az-ın məlumatına görə, Milli Məclisin bugünkü plenar iclasında bununla bağlı müvafiq qərar səsverməyə qoyularaq qəbul edilib.

Həmçinin, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Zaur oğlu Hümbətov, Bakı İnzibati Məhkəməsinin hakimləri Həmid Azər oğlu Ağalarov, Fərid İlham oğlu Mədətli, Günel Arif qızı Sevdimalıyeva və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sədri Qasımov Vidadi Kamal oğlu Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediliblər.

Bundan əlavə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Əkrəm Sabir oğlu Qəhrəmanov və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Tural Nurulla oğlu Məmmədov Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin ediliblər.

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?