Bizim 600-dən çox hakimimiz var. Məhkəmə qərarlarını onlar icra edir. Statistikanın bizə verdiyi məlumata görə, ildə 13 min adam boşanır. Demək bir hakim bir gündə 7 boşanmaya baxmalıdır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Komitə sədri Siyavuş Novruzov bildirib.
“Burada da operativ şəkildə qərarların qəbul olunmasında, mülkiyyətin bölüşdürülməsində müəyyən problemlər yaşana bilər. Ona görə də hesab edirəm ki, Məhkəmə-Hüquq Şurası bəlkə də imtahanları yüngülləşdirməlidir ki, hakimlərin sayı çoxalsın, qərarların qəbul olunmasında vətəndaşlarımız əziyyət çəkməsin və düzgün olaraq qərarlar qəbul olsun”.
Sahibə Qafarova isə bildirib ki, bu imtahanlarının sadələşdirilməsi təklifi doğru deyil və heç vaxt sadələşdirilməməlidir.