Modern.az

Sahibə Qafarova Simonyanla görüşündən danışdı

Sahibə Qafarova Simonyanla görüşündən danışdı

Parlament

24 Oktyabr 2025, 11:10

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə ermənistanlı həmkarı Alen Simonyanla görüşündən danışıb.

Modern.az-ın məlumatına görə, spiker Milli Məclisin bugünkü plenar iclasında bildirib ki, aparılan müzakirələrdə Vaşinqton sammitində əldə olunmuş razılaşmalar və münasibətlərin normallaşması üzrə görülən tədbirlər, o cümlədən konstruktiv dialoqun davam etdirilməsinin vacibliyi qeyd edilib.

Xatırladaq ki, görüş 2025-ci il oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?