Beş il əvvəl – bu gün Qubadlı azadlığa qovuşdu!
İgid övladlarımız Qubadlının dağlarını, dərələrini, yollarını düşməndən təmizləyərək tarixi ədaləti bərpa etdilər.
O gün torpaq danışdı, daşlar dilə gəldi, yollar geri dönən Vətən övladlarını qucaqladı.
O gün Qubadlıda səslənən “Vətən azaddır!” nidaları bu xalqın qürur səlnaməsinə çevrildi!
Şəhidlərimizin canı, qazilərimizin fədakarlığı, Ali Baş Komandanın qətiyyəti sayəsində Qubadlı bu gün yenidən dirçəlir, tikilir, nəfəs alır.
Beş il əvvəl başlayan azadlıq nəfəsi bu gün hər bir azərbaycanlının ürəyindədir.
Qələbə günü hər birimizin yaddaşında canlıdır – o səs, o sevinci, o Vətən qoxusunu heç kim unuda bilməz!
Əminəm ki, işğaldan azad edilmiş digər bölgələrimiz kimi, burda da, yüksək sürətlə Böyük Qayıdışın addımları eşidiləcək – insanlar tezliklə doğma yurdlarına qayıdacaq və Qubadlıda həyatın səsi yenidən ucalacaq.
Bu Torpaq – artıq təkcə azad deyil, həm də yenidən doğulan Vətəndir!
İmamverdi İsmayılov
Milli Məclisin deputatı