Modern.az

Elman Nəsirovdan sensasiyalı iddialara reaksiya: “Hamısı uydurmadır”

Elman Nəsirovdan sensasiyalı iddialara reaksiya: “Hamısı uydurmadır”

Parlament

25 Oktyabr 2025, 13:45

Milli Məclisin deputatı Elman Nəsirovla bağlı iddia yayılıb.

Modern.az-ın məlumatına görə, “TikTok”da Laləzar Əliyeva adlı istifadəçi video paylaşaraq millət vəkili Elman Nəsirovun qızı olduğunu iddia edib. O, deputatın birinci nikahından dünyaya gəldiyini deyib.

Onun sözlərinə görə, 4 yaşı olanda valideynləri ayrılıb və o, anası ilə birgə yaşayıb.

Videodakı qadın deputatın indiyədək onunla maraqlanmadığını, hazırda vəziyyətinin çətin olduğunu bildirib.

Ötən gün isə özünü Elman Nəsirovun ilk xanımı kimi təqdim edən qadının videosu yayılıb. O, deputatın ilk evliliyindən olan qızına aliment ödəmədiyini bildirib.

Deputat iddiaların uydurma olduğunu deyib. Elman Nəsirov radikal müxalifətin və müxtəlif maraqlı dairələrin onun əleyhinə kampaniya başlatdığını qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı