Modern.az

Rumıniya Senatının sədri Azərbaycana gəldi - FOTO

Rumıniya Senatının sədri Azərbaycana gəldi - FOTO

Parlament

28 Oktyabr 2025, 10:08

Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Rumıniya Parlamenti Senatının sədrini Milli Məclis sədrinin müavini Rafael Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyev rus ordusunu Bakıda qarşılayacaqdı