Modern.az

BƏƏ Federal Milli Şurasının sədri Azərbaycana gəldi

BƏƏ Federal Milli Şurasının sədri Azərbaycana gəldi

Parlament

28 Oktyabr 2025, 15:38

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Modern.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Birləşmiş Ərəb Əmirlikləri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Paşazadə və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində sədr Saqr Qobaş ölkəmizin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı