Hökumət 2026-cı il dövlət büdcəsi layihəsini Milli Məclisə təqdim edib.
Modern.az-ın məlumatına görə, müzkirəyə çıxarılmazdan əvvəl layihəyə Hesablama Palatası rəy verməlidir.
Palatadan sorğumuza cavab olaraq bildirilib ki, hal-hazırda Hesablama Palatasının 2026-cı il dövlət
büdcəsinin layihəsinə rəyi hazırlanmaqdadır.
"Layihəyə rəyin Milli Məclisin payız sessiyasında müzakirə edilməsi nəzərdə tutulub", - rəsmi açıqlamada bildirilib.
Qeyd edək ki, Hesablama Palatası rəy verikdən sonra dövlət büdcəsi layihəsi komitə iclaslarında müzakirəyə çıxarılacaq.
Layihəyə görə, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 609 000,0 min manat, xərcləri 41 703 600,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 850 712,0 min manat, yerli gəlirləri 758 288,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 944 465,0 min manat, yerli xərcləri 759 135,0 min manat) məbləğindədir.