Modern.az

Milli Məclisdə beynəlxalq konfrans BAŞLADI

Milli Məclisdə beynəlxalq konfrans BAŞLADI

Parlament

29 Oktyabr 2025, 10:00

Milli Məclisdə beynəlxalq parlament konfransı keçirilir.

Modern.az xəbər verir ki, bu gün Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı öz işinə başlayıb.

Tədbir “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunub. Konfransda müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində müzakirələr ediləcək.

Qeyd edək ki, toplantıda 20-yə yaxın ölkənin parlament nümayəndə heyətləri, həmçinin 5 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq