Modern.az

Deputat Malayziyaya gedir

Deputat Malayziyaya gedir

Parlament

29 Oktyabr 2025, 08:45

Milli Məclisin deputatı Pərvanə Vəliyeva oktyabrın 30-da Malayziyanın Kuala Lumpur şəhərinə səfər edəcək.

Modern.az xəbər verir ki, deputat Malayziya Parlamenti, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası Parlamentlərarası Assambleyasının (AİPA)  və Şərqi Asiya üzrə İqtisadi Araşdırmalar İnstitutunun  birgə təşkil etdiyi ikinci üçtərəfli forumda iştirak edəcək. 

Forum çərçivəsində “Qeyri-sabit dünyada enerji təhlükəsizliyi: Geosiyasi gərginliklər dövründə asılılığın azaldırlması”,“İqlim kəsişməsi: Sıfır emissiya istiqamətində addımların sürətləndirilməsi” və digər mövzularda müzakirələr aparılacaq.

Səfər noyabrın 5-də başa çatacaq. 
 

Whatsapp
Bizə yazın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq