Rusiya və Azərbaycan beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında əməkdaşlıq edir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında Rusiyanın Federal Məclisinin Federasiya Şurasının üzvü Nataliya Kuvşinova bildirib.
O, çıxışı zamanı Xəzərin ekoloji probleminə də diqqət çəkib. Nataliya Kuvşinova Azərbaycanın rus dilinə verdiyi önəmdən danışaraq, orta məktəblərdə minlərlə şagirdin bu dildə təhsil aldığını bildirib.
Deputat M.V. Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakıda filiallarının olduğunu vurğulayaraq, on minlərlə azərbaycanlı gəncin də Rusiyada təhsil aldığını qeyd edib.
O bildirib ki, bütün bunlar iki ölkənin bir-birini daha yaxşı başa düşməsinə xidmət edir.