Modern.az

Azərbaycanda 600 məktəbin direktoru yoxdur - Deputat narazılıq etdi

Azərbaycanda 600 məktəbin direktoru yoxdur - Deputat narazılıq etdi

Parlament

31 Oktyabr 2025, 11:43

"Hər bir məktəbin əsas siması məktəbin direktoru, onun müavinləridir. Universitetin siması isə onun rektorudur. Rektorun xarakteri, direktorun kimliyi o müəssisənin taleyinə çox önəmli təsir göstərir. Orada təhsil prosesinin nə qədər keyfiyyətli olmasını təmin edir".

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, Azərbaycanda 600 məktəbdə direktor vəzifəsi boşdur.

"Yəni, 600 məktəbin siması görünməməkdədir. Direktor seçimi üçün hər dəfə yeni metodologiya kəşf olunur. Kiçik bir ölkəyik, çox sayda məktəbimiz yoxdur. Bir direktor seçimi nədir ki? Bu qədər testdən, mərhələdən keçməlidir. İki yerə bölünüb. Şagird sayı 500 nəfərədək olan məkətblərdə bir prosedur gedir. 500-dən çox olanda isə 3 mərhələli sistem qoyulur. Mürəkkəb bir labirint yaradılır. Heç də layiqli insanların məktəb direktoru seçilməsini təmin etmək mümkün olmur. Bu da məktəblərdə təhsilin səviyyəsini xeyli aşağı salır. Məsələn, məktəbdə kollektiv içərisində rəy sorğusu keçirirsən, 10 il stajı olandan birini direktor seçirsən. Yaxud kadr bankı yaradılır.

Necə olur ki, məktəb direktoru kadr bankı lazımi səviyyədə yaradılmayıb? Bir-iki il itirilən təhsil sonradan uşaqların taleyində öz sözünü deyir. Yüz milyonlara vəsait xərcləyib tələbə yetişdiririk. Onların böyük əksəriyyəti qayıdıb gəlir, işlə təmin olunmur. Özləri təşəbbüs göstərmiyincə, valideynləri qapıları döyməyincə bununla maraqlanan yoxdur. Bu məsələyə ciddi diqqət yetirmək lazımdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?