Modern.az

Sahibə Qafarova Böyük Misir Muzeyinin açılışında - FOTO

Sahibə Qafarova Böyük Misir Muzeyinin açılışında - FOTO

2 Noyabr 2025, 11:15

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib.

 

Modern.az xəbər verir ki, müxtəlif ölkələrin dövlət, hökumət və parlament rəhbərlərinin iştirak etdiyi tədbirdə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi salamlama nitqi söyləyib.

 

Açılış mərasimi Misir mədəniyyətini əks etdirən bədii proqramın nümayişi ilə davam edib, daha sonra muzeyin ən simvolik artefaktlarının sərgisi nümayiş olunub.

 

Qeyd edək ki, muzeydə Misir sivilizasiyasının müxtəlif dövrlərinə aid eksponatlar və 100.000-dən çox artefakt mövcuddur.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı