Modern.az

Milli Onkologiya Mərkəzinə ayrılan pulun məbləği ARTIRILIR

Milli Onkologiya Mərkəzinə ayrılan pulun məbləği ARTIRILIR

Parlament

4 Noyabr 2025, 11:23

Milli Onkologiya Mərkəzinin maliyyələşməsi artırılır

Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Milli Onkologiya Mərkəzinin fəaliyyəti üçün 64,1 milyon manat, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçün isə 1,5 milyon manat olmaqla, ümumilikdə 65,6 milyon manat vəsait nəzərdə tutulur.

Bu rəqəm 2025-ci illə müqayisədə 5,2 milyon manat və ya 8,6 faiz çoxdur. Ayrılan vəsait onkoloji xəstələrin müalicə şəraitinin və dərman təminatının yaxşılaşdırılması, həmçinin sahənin maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Başqırdıstan vuruldu - Dəhşətli partlayışlar, şəhərlər alov içində