Modern.az

İcbari tibbi sığortaya 900 milyon manat ayrılacaq

İcbari tibbi sığortaya 900 milyon manat ayrılacaq

Parlament

4 Noyabr 2025, 11:14

2026-cı il dövlət büdcəsində səhiyyə sahəsinə 2 milyard 24,3 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu, 2025-ci illə müqayisədə 30,7 milyon manat və ya 1,5 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 195,5 milyon manat və ya 10,7 faiz çoxdur.

Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,9 faiz təşkil edəcək. Ayrılmış vəsaitin 900 milyon manatı (44,6 faizi) əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması üzrə xərclərə yönəldiləcək.

Bundan əlavə, 2026-cı il üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə 274,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu vəsait aşağıdakı istiqamətlər üzrə bölünəcək:

Ümumi təyinatlı və xüsusiləşdirilmiş xəstəxanalar, tibb mərkəzlərinin saxlanılması və ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsinə - 50,4 milyon manat;
Bərpa-müalicə sanatoriyalarının fəaliyyətinin təmin edilməsinə - 9,4 milyon manat;
Qanköçürmə üzrə tibbi xidmətlərə - 3 milyon manat;
Səhiyyə sahəsində tədqiqat fəaliyyəti ilə məşğul olan təşkilatların saxlanılmasına - 2,7 milyon manat;
Məhkəmə-tibbi, tibbi-bioloji, kriminalistik, kimyəvi ekspertizalar və digər xərclərə -157,7 milyon manat;
Sanitar-epidemioloji nəzarətin təmin edilməsi və infeksiyaya yoluxmuş şəxslərin monitorinqinə -51,3 milyon manat.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Başqırdıstan vuruldu - Dəhşətli partlayışlar, şəhərlər alov içində