2026-cı ildə hərbi qulluqçuların kirayə xərcləri üçün 15,5 milyon manat ayrılacaq.
Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, növbəti il üçün yaşayış yeri olmayan hərbi qulluqçulara kirayə haqqı məqsədilə 15,5 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulur.
Bu vəsait ehtiyatda və istefada olan hərbi qulluqçulara da şamil ediləcək.