2026-cı ildə manatın dəyəri olduğu kimi qalacağı gözlənilir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat siyasət, sənayə və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Azər Əmiraslanov bildirib.
Qeyd edək ki, Azərbaycan manatının hazırkı məzənnəsinə əsasən, 1 ABŞ dolları təxminən 1 manat 70 qəpik, 1 avro isə 1 manat 97 qəpik təşkil edir. 1 türk lirəsinin dəyəri isə 4 qəpik səviyyəsindədir.