Modern.az

Deputat elektromobillərə güzəşt edilməsinə QARŞI ÇIXDI

Deputat elektromobillərə güzəşt edilməsinə QARŞI ÇIXDI

Parlament

4 Noyabr 2025, 13:44

"Elektrik avtomobillərinin idxalı ilə bağlı vergilərdə rüsumları azad etmişik. Əgər köhnə avtomobillərin ölkəyə daxil olmasını qadağan etmək istəyiriksə, yaxud, hamının elektrik avtomobili almasını stimullaşdırmaq istəyiriksə, bu çox yaxşıdır. O zaman köhnə avtomobillərə, benzinlə işləyən avtomobillərə daha çox idxal rüsumu tətbiq olunmalıdır. Məsələn, 3 ildən artıq istifadə olunan avtomobillərin ölkəyə girişinə qadağa qoyulmalıdır".

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

"Bir adam 1000 manatlıq telefon alanda idxal rüsumu ödəyirsə, 21-22 min manatlıq elektrik avtomobili alan adam niyə vergi ödəməsin? Vergini hamı ödəməlidir. Onu idxal edən də ödəmlidir. Bilmirəm bu avtomobillərin idxalı ilə hansı şirkətlər məşğuldur. İstəyiriksə bunu stimullaşdıraq, o halda digərlərinə vergini artırmalıyıq ki, onlar gətirməsinlər. Elektrik avtomobilini idxal edənlər vergidən azad olunmamalıdır"., - deyə deputat bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!