Modern.az

Sosial sığorta müavinətləri üçün 203 milyon manat ayrılacaq

Sosial sığorta müavinətləri üçün 203 milyon manat ayrılacaq

Parlament

5 Noyabr 2025, 11:08

2026-cı ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 203,57 mln. manat məbləğində nəzərdə tutulur.

Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu da 2025-ci ilin təsdiq edilmiş proqnozunu 2,60 faiz və ya 5,16 mln. manat üstələyir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinət növlərində birbaşa əməkhaqqı və əsas elementlərdən biri olaraq gəlir nəzərə alındığından bu müavinət növləri üzrə proqnoz göstəricilərinin müəyyən olunması zamanı işçilərin gözlənilən orta aylıq əməkhaqqı artım templəri üzrə subekonometrik hesablamalar aparılıb.

Digər müavinət növləri üzrə isə hesablamalarda sığortaolunanların dəyişmə dinamikası əsas götürülməklə proqnozlaşdırma aparılıb.

Sizə yeni x var
Keçid et
İcra başçıları nəzarətdə - Ölkə üzrə geniş əməliyyat başlayır