Modern.az

3 və daha çox uşağı olan analara 5 il tez pensiya hüququ verilsin - Deputat

3 və daha çox uşağı olan analara 5 il tez pensiya hüququ verilsin - Deputat

Parlament

5 Noyabr 2025, 12:40

"Azərbaycanda 5 il tez pensiyaya çıxma güzəşti 5 və daha çox uşağı olan analara verilir. Azərbaycanda xüsusilə də gənc ailələrdə 5 və daha çox uşaq sahibi olmaq nadir haldır. Bu səbəbdən 3 və daha çox uşağı olan analara da 5 il güzəştlə pensiyaya çıxmaq hüququnun verilməsi üçün qanunvericilikdə dəyişiklik edilməlidir".

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deputat Əli Məsimli deyib.

“Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Milli Məclisin birgə fəaliyyətinin yaxşı göstəricisi ola bilər”, - deyə deputat bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ramiz Mehdiyevə görə Miilli Məclis buraxılır?