Modern.az

Partiyalara ayrılan vəsait artırılsın! - Komitə sədri

Partiyalara ayrılan vəsait artırılsın! - Komitə sədri

Parlament

2 Dekabr 2025, 11:53

“Bizdə yerli özünüidarəetmə sistemi var. Adətən hər il bu sistemdə artımlar olurdu, dövlət tərəfindən dotasiyalar verilirdi. Məsələn, 2025-ci ildə dövlət tərəfindən 8 milyon manat dotasiya, 1 milyon 550 min manat isə subvensiya ayrılıb. Lakin 2026-cı il üçün bu sahədə artım nəzərdə tutulmayıb. Hesab edirəm ki, burada artımların əlavə olunmasına ehtiyac var”. 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri qeyd edib ki, bəzi rayonlar, Xocavənd rayonu istisna olmaqla, dövlət dotasiyası almadan öz gəlirlərini toplamaqdadır.

Həmin rayonlarda toplanan gəlirlərin 50%-i rayonda qalır. Mən hesab edirəm ki, bu göstəricini 70%-ə qaldırmaq olar. Çünki vətəndaşlar müraciətlərini əsasən rayon icra hakimiyyətlərinə edirlər və köməklik də onlardan gözləyirlər. Ona görə də, yerli özünüidarəetmə sistemləri və  yerli icra hakimiyyətlərinə bu əlavələr olunsun”. 

“Üçüncü məsələ siyasi partiyalarla bağlıdır. Bildiyiniz kimi, bu gün ölkədə dövlət maraqları çərçivəsində fəaliyyət göstərən partiyalar var. AXCP və Müsavat kimi vətənə xəyanət edən partiyalar istisna olmaqla, digər partiyalar dövlətlə birgə, vahid mövqedə çalışırlar. Bu baxımdan siyasi partiyalara ayrılan büdcənin də artırılması məqsədəuyğun olar”.

Sizə yeni x var
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?