Modern.az

Əlavə məzuniyyət hüququ olan işçilərə daha geniş imkan verilir

Əlavə məzuniyyət hüququ olan işçilərə daha geniş imkan verilir

Parlament

10 Dekabr 2025, 11:00

Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydasında dəyişiklik ediləcək.

Modern.az-ın məlumatına görə, məsələ Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə edilən Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, işçinin eyni vaxtda Əmək Məcəlləsinin əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və əmək stajına görə əlavə məzuniyyətlə bağlı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.

Layihəyə əsasən, işçinin eyni vaxtda Əmək Məcəlləsinin əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və əmək stajına görə əlavə məzuniyyətlə bağlı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyət hüququ olduqda hər iki maddənin hər biri üzrə əldə etdiyi əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?