Hamiləliyə və doğuşa görə əlavə məzuniyyət müəyyənləşdiriləcək.
Modern.az-ın məlumatına görə, məsələ Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə edilən Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılacaq və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmayacaq.