Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların siyahısı genişləndirilir.
Modern.az-ın məlumatına görə, məsələ Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə edilən Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab ediləcək:
Dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsi sayılacaq.
İşçi qanunazidd hərəkətləri ilə dövlət, kommersiya və (və ya) vergi sirrini yaydıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyacaq.
İşçi dövlət, kommersiya və (və ya) vergi sirrinin qorunmasına cavabdeh olacaq və bu sirləri yaymağa görə qanunvericilikdə və bu əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyacaq.
Mövcud qanunvericiliyə görə, kollektiv müqavilənin və sazişin və ya onlara dəyişikliklərin layihəsinin hazırlanması məqsədi ilə danışıqlar aparmaq üçün tərəflər müvafiq səlahiyyətlər verilmiş bərabərsaylı nümayəndələrdən ibarət komissiya yaradırlar. Komissiyanın tələbi ilə tərəflər kollektiv danışıqların aparılması üçün zəruri olan məlumatları 5 gün müddətində təqdim etməlidirlər.
Layihəyə əsasən, danışıqların iştirakçıları, alınmış məlumatlarda olan dövlət, kommersiya və (və ya) vergi sirrini yaymağa görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb olunacaqlar.